Ekskursiyalar davam etdirilir!

         3 A sinif şagirdləri ibtidai sinif müəllimi Təranə Cavanşirovanın rəhbərliyi və bir qrup valideynin iştirakı ilə “Mərdəkan Dendrarisi”nə ekskursiyaya gediblər. Ekskursiya şagirdlərdə təbiət haqqında bilikləri möhkəmləndirmək və ətraf mühiti qoruyaraq ona qayğıkeş münasibət göstərmək məqsədilə təşkil olunmuşdu. Gəzinti zamanı şagirdlərimiz bağdakı bitkilərlə tanış olub, onları düşündürən və maraqlandıran suallara cavab alıblar. Şagirdlərin hər bir sualını cavablandıraraq ətraflı izah edən Təranə Cavanşirova bitkilərin özünəməxsus xüsusiyyətlərindən və onların ətraf mühit üçün nə qədər əhəmiyyətli olmasından bəhs edib. Bu isə şagirdlərin təbiət və bitkilər aləmi haqqında biliklərinin daha da dərinləşməsinə səbəb olub.

        Məktəblilər gəzintidən xoş təəssüratla ayrılıblar. Məktəb rəhbərliyi adından Təranə Cavanşirovaya şagirdlərdə kiçik yaşlarından doğma təbiətimizə sevgi hissi aşıladığı üçün təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi