1 b sinfinin " Əlifba bayramı"

      “Bar verən ağac başını gövdəsinə əyər”. Baş əymək qədirbilənlikdir, baş əymək ucalıqlara çatdırana minnətdarlıqdır. Hər zirvənin başlandığı ilk pillə var. Yüksəkliyə gedən yol oradan başlanır. İlk sinif müəllimimiz, adınız qarşısında baş əyirik. Nə qədər ki, biz varıq, o zamana qədər siz də yaşayacaqsınız.        Bəli , ilk müəllimimiz bizə " Ana" ," Vətən " kəlmələrini yazmağı , sevməyi öyrədən şəxsdir.İlk müəllim bir ana qədər şagirdlərinə qayğı , diqqət göstərir.Ona görə də heç vaxt yaddan çıxmır ,həmişə xatırlanır , yad edilir.Öz şagirdlərinə ana qayğısı ilə yanaşan, onları əsl vətənpərvər kimi yetişdirən ilk müəllimlərdən biri də məktəbin ibtidai sinif müəllimi Samirə Umudovadır.

        08 iyun 2018-ci il tarixində məktəbin 1 b sinif şagirdləri sinif müəllimləri Samirə Umudovanın rəhbərliyi ilə "Əlifbaya əlvida"adlı sadə, lakin geniş anlamda möhtəşəm  bayram tədbirlərini qeyd etdilər.Tədbir zamanı birincilər bu bir il ərzində öyrəndikləri biliklərini nümayiş etdirməklə yanaşı, həm də hər birimizin nisgili olan doğma Qarabağımızla bağlı mövzularla da çıxışlar etdilər.

     Bəli, hər bir təhsil işçisinin borcu, Azərbaycanın gələcəyi olan uşaqlara kiçik yaşlarından Vətənə, torpağa, doğma ana dilimizə məhəbbət, düşmənə nifrət hissi aşılamaqdır.Məktəb rəhbərliyi adından əziz birinciləri, onların valideynlərini təbrik edir, uğurlar arzulayır, birincilərin ilk müəllimi Samirə Umudovaya uşaqlara kiçik yaşlarından Vətənə, torpağa, doğma ana dilimizə məhəbbət hissi aşıladığı,  gözəl tədbir hazırladığı üçün  təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi