VIII b sinfi Şamaxı və İsmayıllıda

    Uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə 02 iyun 2018-ci il tarixində VIII b sinif şagirdləri sinif rəhbərləri , Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehriban Dünyamalıyevanın rəhbərliyi ilə Azərbaycanın gözəl məkanlarından olan şairlər yurdu Şamaxı şəhəri və İsmayıllı rayonunda ekskursiyada olublar.Ekskursiya zamanı şagirdlər Şamaxı şəhərindəki Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni, Azərbaycanın dahi şairləri Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidələrini ziyarət etmiş, Şamaxı şəhəri  və İsmayıllı rayonunun gözəl təbiəti ilə tanış olmuş, orada dincəlmişlər.Uşaqlarda Azərbaycan tarixinə, Azərbaycan ədəbiyyatına, Azərbaycan təbiətinə sevgi hissi aşıladığı üçün Mehriban Dünyamalıyevaya məktəb rəhbərliyi adından təşəkkür edirik.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi