Hərbi vətənpərvərlik tərbiyəsi

         Ulu öndər H.Ə.Əliyev öz nitqlərində və çıxışlarında təhsil işçilərinin qarşısında mühüm və təxirəsalınmaz vəzifələr qoymuş ,onlardan tələb etmişdir ki ,bütün qüvvə, bacarıqlarını doğma vətənə sədaqətli ,vətənpərvər ,hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi ,dövlətçiliyimizi  göz bəbəyi kimi qorumağa hazır olan nəsil kimi yetişdirilməsinə sərf etsinlər.

         Öz şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyələndirmək biz təhsil işçilərinin ilk öncə vətəndaşlıq ,sonra isə vəzifə borcudur.Biz hər birimiz çalışmalıyıq ki ,tədris etdiyimiz fəndən asılı olmayaraq  vətənə məhəbbət hissi aşılayaq.

            Vətənpərvərlik tərbiyəsi hər şeydən əvvəl Vətəni dərin məhəbbətlə sevməyi,onun mənafeyini qorumağı, uğrunda canından keçməyə hazır olmağı nəzərdə tutur.

        Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaranmasının  100 illiyinə həsr edilmiş məktəblilər arasında keçirilən "Hərbi-İdman bayramı" nda məktəbin komandası I yer qazanmışdır.Məktəb kollektivi adından Hərbi Rəhbər Oktay İsmayılovu və komandanın üzvlərini təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi