3 a sinfində ingilis dilindən açıq dərs keçirilib

"Xarici dillər" üzrə fənn aylığı çərçivəsində 15 yanvar 2015-ci il tarixdə 3 a sinfində ingilis dilindən açıq dərs keçirilib. "V", " Z" "ALPHABET" mövzusunda keçirilən açıq dərsi gənc müəllim Gülşən Cəbrayılova təqdim etdi. Açıq dərsdə məktəb rəhbərliyi və bir qrup müəllim iştirak etdi. Açıq dərsin müzakirəsində dərsdə iştirak edən müəllimlər qeyd etdilər ki, bugünkü dərs gənc müəllimin təqdim etdiyi ilk açıq dərs olmasına baxmayaraq müəllim fəal dərsin bütün prinsip və tələblərinə əməl edərək şagirdlərin idrak fəallığını artırdı və qarşıya qoyulan məqsədə tam nail oldu. Açıq dərsdə təqdirəlayiq faktlardan biri də o idi ki, Gülşən müəllim və şagirdlər sərbəst şəkildə Promethan lövhədən istifadə etdilər. Məktəbin direktoru Arif Xankişiyev və digərləri Gülşən müəllimi təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi