Bayramımız mübarək!

      24 may 2018-ci il tarixində məktəbdə məktəb Həmkarlar Təşkilatının sədri Bəsirə Babayeva və ingilis dili müəllimi Məquzər Quliyevanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bayram tədbiri keçirilib.

    Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, 243 №-li tam orta məktəbin Həmkarlar Təşkilatının sədri Naidə Əliyeva, məktəb rəhbərliyi, məktəbin pedaqoji və texniki heyəti iştirak ediblər.

     Tədbir zamanı  rus dili müəllimi Elimnaz Əliyeva, ingilis dili müəllimlərii Məquzər Quliyeva və Gülşən Cəbrayılova, riyaziyyat müəllimi Aygün Babayeva, ibtidai sinif müəllimləri Gülnar Əliyeva və Leyla Mustafayeva, musiqi müəllimi Şəhriyar Zeynalovun çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

     Tədbirin sonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova həmkarların bir-neçə üzvünə mükafat təqdim edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi