Bir kərə yüksələn bayraq, bir daha enməz!

        24 may 2018-ci il tarixdə 186  nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə açıq elan edilib.

      Tədbirdə çıxış edən məktəbin direktoru Şakir Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamasının dövlətçilik tariximizə böyük hörmət olduğunu vurğulayıb. O , Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildiyini, Azərbaycan ordusunun, Azərbaycan bayrağının, himninin,  gerbinin və sair yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, 28 May Azərbaycan Respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün olaraq hər zaman xatırlanır və dövlət bayramı kimi qeyd olunur.

       Tədbirdə şagirdlərin ifasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar və videoçarx təqdim olunub.

       Sonda məktəbin direktoru Şakir Mikayılov belə gözəl, rəngarəng tədbir hazırladıqları üçün ibtidai sinif müəllimləri Gülbəniz Quliyevaya, Samirə Umudovaya, Leyla Mustafayevaya , Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərovaya və şagirdlərə təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi