"WHERE ARE THE TREES"

Məktəbdə fənn aylıqlarının keçirilməsi davam etdirilir.Növbəti fənn aylığı yanvar ayının 11-dən fevral ayının 11-ə kimi Xarici dillər üzrə keçiriləcək.Fənn aylığı çərçivəsində ilk açıq dərs məktəbin ingilis dili müəllimi Məquzər Quliyeva tərəfindən VIII a sinfində təqdim edildi.Dərsin mövzusu: "WHERE ARE THE TREES". Dərs ingilis dilində şagirdlərin ifasında mahnı ilə başladı. Dərsdə müəllim Promethan lövhənin köməkliyi ilə müasir təlim metodlarından istifadə etdi.Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir.Bütün dünyada olduğu kimi Azərbaycanda da ingilis dilinə get-gedə maraq artır.Məktəbimizdə də ingilis dili müəllimləri tez-tez fənn gecələri , bilik yarışları keçirir və bu da şagirdlərdə ingilis dilinə olan marağı artırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi