1 b sinfi "Mərdəkan Dendrarisi" ndə

       11 may  2018-ci il tarixində I b  sinif şagirdləri ibtidai sinif müəllimi Samirə Umudovanın rəhbərliyi və bir qrup valideynin iştirakı ilə  Mərdəkan Dendrarisinə ekskursiyaya gediblər.

       Ekskursiya şagirdlərdə təbiət haqqında bilikləri möhkəmləndirmək və ətraf mühiti qoruyaraq ona qayğıkeş münasibət göstərmək məqsədilə təşkil olunmuşdu. Gəzinti zamanı şagirdlərimiz bağdakı bitkilərlə tanış olub, onları düşündürən və maraqlandıran suallara cavab alıblar. Şagirdlərin hər bir sualını cavablandıraraq ətraflı izah edən bələdçi  bitkilərin özünəməxsus  xüsusiyyətlərindən və onların ətraf mühit üçün nə qədər  əhəmiyyətli olmasından bəhs edib. Bu isə şagirdlərin təbiət və bitkilər aləmi haqqında biliklərinin daha da dərinləşməsinə səbəb olub.

      Məktəblilər gəzintidən xoş təəssüratla ayrılıblar.Məktəb rəhbərliyi adından Samirə Umudovaya şagirdlərdə kiçik yaşlarından doğma təbiətimizə sevgi hissi aşıladığı üçün təşəkkürümüzü bildirirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi