“Şuşasız 26 il” adlı tədbir – mitinq keçirilib

           08 may 2018-ci il tarixdə Bakı şəhəri, 186 №-li tam orta məktəbdə Azərbaycanın dilbər guşəsi, musiqi beşiyi, tarixi şəxsiyyətlər, incəsənət, mədəniyyət, ədəbiyyat nümayəndələrini yetişdirən qədim Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 26-cı  ildönümü ilə bağlı “Şuşasız 26 il” adlı tədbir – mitinq  keçilib. Anim mərasimində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı rayon  şöbəsinin nümayəndələri, valideynlər , məktəbin  müəllim və şagird heyətinin üzvləri iştirak ediblər.

            Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi  ilə açıq elan edilib.Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş  şəhidlərimizin , Şuşa şəhərinin işğalı zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib,

          Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Yaqub Hüseynov çıxışında Şuşanın işğaldan əvvəlki tarixini və işğal zamanı Şuşaya, Şuşa mədəniyyətinə, incəsənətinə və bütövlükdə Azərbaycana vurulan ağır zərbədən danışaraq  bir    daha şagirdləri Şuşa haqqında məlumatlandırıb.Tədbirdə çıxış edən məktəbin direktoru Şakir Mikayılov və digərləri ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklərdən danışaraq şagirdlərə öz tarixlərini öyrənməyi, vətənpərvər olmağı, unutqan olmamağı , dövlətinə, dövlətçiliyinə sadiq olmağı  tövsiyə ediblər.

         Sonda şagirdlər şəhidlərimizə, Qarabağa həsr olunmuş mübarizə əzmli şeirlər ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi