2 a sinfi Qobustanda

           04 may 2018-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Həqiqət Nuriyevanın təşkilatçılığı ilə 2 a sinif şagirdləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda ekskursiyada olublar.Ekskursiyanın məqsədi qədim mədəni irsimizin nümunəsi olan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən milli sərvətlərimizlə daha yaxından tanış olmaq idi.Açıq səma altında Qobustan qayaüstü təsvirləri ilə tanışlıq məktəblilərdə böyük maraq yaratmışdır.Mədəni irsimizin öyrənilməsi və qədim maddi mədəniyyət nümunələri ilə yaxından tanışlıq məktəblilərdə xoş təəssüratlar yaratmışdır.

           Şagirdlərdə kiçik yaşlarından milli - mənəvi irsimizə qarşı sevgi hissi aşıladığı üçün məktəb rəhbərliyi adından Həqiqət Nuriyevaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi