Komandamız II mərhələnin qalibi olub

          4 nömrəli Uşaq - Gənclər  İnkişaf Mərkəzinin Pirallahı filialında  “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” nin  II mərhələsi  keçirilib.Müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin biologiya elminə marağını artırmaq, onların bu sahədə nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, istedadlı şagirdləri aşkara çıxarmaqdır.

         Müsabiqədə Pirallahı rayon ümumtəhsil məktəbləri üzrə beş komanda iştirak edib.Komandalar hər sinifdən bir nəfər olmaqla IX, X və XI siniflər üzrə üç nəfərdən təşkil edilib. Müsabiqənin şərtlərinə görə ikinci mərhələdə iştirakçılar iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, biologiya fənni üzrə 30 sualdan ibarət test tağşırığını, iki məsələni  yerinə yetiriblər.

         Məktəbin komandası 30 sualdan 30-na ,  5 məsələdən 4-nə düz cavab verərək  rayon  mərhələsinin qalibi olublar.Komandanın rəhbəri , məktəbin biologiya müəllimi Nuranə Abbasovanı, komandanın üzvləri-XI  sinif şagirdi Günel Musayevanı, X  sinif şagirdi Aysel Novruzlunu, IX  sinif şagirdi Aydan Alyarovanı, valideynlərini və məktəbin bütün kollektivini məktəb rəhbərliyi adından təbrik edir, komandamıza III mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi