"Tarix aylığı" çərçivəsində "Bilik yarışı" keçirilib.

İctimai şüurun formalarından biri olan elmin inkişafı idrakın uğur qazanmasında yaxından iştirak edir. Əslində müasir həyatı və insanın mədəniyyətini elmsiz təsəvvür etmək olmaz. Elm– biliyin ali forması olub, canlı və cansız təbiətin bütün hadisələrini, adamların maddi və mənəvi fəaliyyətini əhatə edir. Elmin köməyi ilə nəinki tarixin nəticələri qiymətləndirilir, cari hadisələr təhlil edilir və eyni zamanda gələcək proqnozlaşdırılır.Şagirdlərin gələcək həyatlarında elmli, bilikli olmaları üçün məktəblərdə keçirilən "Bilik yarış"ları xüsusi yer tutur.Bu baxımdan məktəbimizdə də tez-tez "Bilik yarış"ları keçirilir.Növbəti yarış "Tarix aylığı" çərçivəsində məktəbin 9-10-cu sinif şagirdlərinin iştirakı ilə keçirildi.Münsiflər heyətinin tərkibi məktəbin direktoru Arif Xankişiyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova və məktəbin fiziki tərbiyə müəllimi, Qarabağ müharibəsi veteanı Mübariz Xudaverdiyevdən ibarət idi. Yarışda şagirdlər biliklərini 2 komandada - "Dalğa" və "Mayak" komandalarının tərkibində sınadılar.Yarışın təşkilatçısı, məktəbin tarix müəllimi Yaqub Hüseynov yarışın şərtləri ilə şagirdləri məlumatlandırdıqdan sonra yarışa start verildi.Ümumilikdə yarışda 25 sual səsləndirildi, həmin suallardan 21-i şagirdlər tərəfindən düzgün , 4-ü isə yanlış cavablandırıldı.Yarışmanın ümumi nəticəsinə görə "Mayak" komandası 13 suala düzgün cavab verərək yarışın qalibi oldu.Yarışmanın sonunda çıxış edən məktəbin direktoru Arif Xankişiyev şagirdləri və yarışın keçirilməsində zəhməti olan hər kəsi təbrik edərək bildirdi ki, gələcəkdə hansı peşənin , sənətin sahibi olacağınızdan asılı olmayaraq, hər biriniz Azərbaycan tarixini öyrənməlisiniz və Siz xoşbəxtsiniz ki, müstəqil Azərbaycanın müstəqil vətəndaşlarısınız.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi