Tariximiz - dünənimiz, bu günümüz və sabahımızdır!

Azərbaycan!Mayası nur, qayəsi nur ki,Hər daşından alov dilli ox ola bilər."Azərbaycan!” deyiləndə ayağa dur ki,Füzulinin ürəyinə toxuna bilər.07 yanvar 2016-cı il tarixdə məktəbin akt zalında "Tariximiz - dünənimiz, bu günümüz və sabahımızdır!" adlı sinifdənxaric tədbir keçirildi.Tədbir "Tarix aylığı" çərçivəsində məktəbin rus bölməsinin tarix müəllimi Anjelika Surxayevanın təşkilatçılığı ilə baş tutdu.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdi.Şagirdlər Vətənimizə, doğma Azərbaycanımıza olan sevgilərini söylədikləri mahnı və şeirləri, nümayiş etdikləri səhnəcik və rəqsləri ilə sübut etdilər.Rus bölməsinin 5-ci sinif şagirdlərinin ifasında tarixə öz qəhrəmanlığı ilə adını yazdıran Tomris ananın obrazı canlandırıldı və onun Kirin cavabını necə layoqincə verdiyi nümayiş etdirldi.Tədbirin sonunda məktəbin direktoru tədbirdə zəhməti keçən hər kəsə minnətdarlığını bildirərək qeyd etdi ki,Müstəqillik bizim bu günümüzdür. Sabahımızdır. Biz bir həqiqətə inanırıq ki, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi