Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı və 186 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi  münasibətilə 01 may 2018-ci il tarixində Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.Ekskursiya çərçivəsində iştirakçılara mərkəzin əməkdaşları tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, ümummilli lider Heydər Əliyevin ömür yolunu əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə, Azərbaycan xalçaçılıq məktəbini əks etdirən xalçalardan və milli geyimlərdən ibarət sərgilər ilə tanış olublar. Heydər Əliyev Mərkəzinə ekskursiyadan xoş təəssüratlarla qayıdan şagirdlər Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının qərargahında və Heydər Əliyev mərkəzində xatirə şəkilləri çəkdiriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi