Zərifə xanım Əliyeva - 95

                Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir.

                Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardan olmuşdur. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva.

                Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü tamam olur.

               27 aprel 2018-ci il tarixində 186 -li tam orta məktəbin akt zalında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

            Tədbir görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən filmin nümayişi ilə başlanıb.

             Giriş nitqi ilə tədbiri açıq elan edən məktəbin direktoru Şakir Mikayılov akdemik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb.

         Daha sonra çıxış edən məktəblilər oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışmış, Zərifə xanım Əliyevanın ömür-gün yoldaşı, Ulu öndər Heydər Əliyevin Zərifə xanım haqqında söylədiyi nitqi oxumuş və Zərifə xanım Əliyevaya həsr edilmiş şeiri ifa etmişlər. 

          Tədbir görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın qızı Sevil xanım Əliyevanın anasına həsr etdiyi “Əziz ana” musiqisinin səsləndirilməsi ilə sona çatdırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi