10 şagirdimiz turnirdə mükafatlandırılıb

         Aprelin 22-də Pirallahı rayonunda Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının və Koşiki-Karate federasiyasının birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş Koşiki Karate- do döyüş növü üzrə yarış turniri keçirilib. Turnirə respublika idman cəmiyyətlərindən 70-dək idmançı qatılıb. Turnidə məktəbimimizin şagirdləri də iştirak edib, uğurlu nəticə qazanıblar.XI sinif şagirdləri Həsənov Nurlan, Nəbiyev Elmar, III sinif şagirdləri  Kələntərli Cihad, Heydərli İlkin , V sinif şagirdi  Məlikov Eyvazxan turnirin ən yüksək pilləsinə, I yerə, X sinif şagirdi Hacıyev Elvin, VI sinif şagirdi İsmayılzadə Kənan, II sinif şagirdi Məmiyev Qasım II yerə , IV sinif şagirdi Muradov Amir, VI sinif şagirdi Fərəcov Yusif III yerə layiq görülüblər.

         Məktəb kollektivi adından turnirin təşkilatçılarına təşəkkürümüzü bildirir, şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi