İbtidai siniflərin möhtəşəm Yeni il şənliyi

30 dekabr 2015-ci il tarixdə məktəbin idman zalında ibtidai siniflərin möhtəşəm Yeni il şənliyi keçirildi.Tədbirin keçirildiyi məktəbin idman zalı Yeni ilə aid bəzək əşyaları , sinif müəllimlərinin və uşaqların əl işləri ilə bəzədilmişdir.Uşaqlar və sinif müəllimləri yaradacaqları obrazların geyimlərində idi.Şənlikdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak etdi.Tədbirin maraqlı və möhtəşəm keçirilməsində əsas məqam ibtidai siniflər üzrə sinif müəllimlələri-Tamara Vəliyeva, Esmira Gülməmmədova, Radna Tacibova,Rumina Həbibullayeva və bir neçə valideynin uşaqlarla birlikdə Yeni ilin simvolları olan müxtəlif obrazları ifa etmələri, uşaqlarla birlikdə rəqs etmələri və əylənmələri oldu.Tədbirin sonunda məktəbin direktoru hər kəsi təbrik edərək belə möhtəşəm bir tədbir hazırladıqları üçün sinif müəllimlərinə və bu tədbirin möhtəşəm təşkil edilməsində sinif müəllimlərinə köməklik göstərən bütün valideynlərə məktəb rəhbərliyi adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi və onlara həmişə məktəblə əlaqədə olmağı, həmrəy olmağı tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi