Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbirləri

Məktəbimizdə 25 dekabr 2015-ci il tarixdən "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" in gəlişi münasibətilə bayram tədbirlərinə start verildi.Bayram tədbirlərində məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak etdi.Belə ki, həm ayrı-ayrılıqda siniflər üzrə , həm də ümumməktəb tədbirində məktəblilərin hazırladıqları bir-birindən maraqlı səhnəciklər, söylədikləri şeirlər, mahnılar, oynadıqları oyunlar , viktorinalar və Yeni ilin simvolları olan Şaxta baba və Qar qızın gəlişi keçirilən tədbirlərə xüsusi rəng qatdı.Tədbirlərdə çıxış edən məktəbin direktoru Arif Xankişiyev 2015-ci ildə məktəbin uğurlarından danışdı və hər kəsi "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" in gəlişi münasibətilə təbrik edərək gələcək işlərində uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi