"Heydər Əliyev irsinin öyrənilməsi"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 11-ci siniflərdə təhsil alan şagirdlərə Ümummilli Liderin zəngin irsinin öyrənilməsi məqsədilə açıq dərslər keçirilir. Növbəti açıq dərs 20 aprel  2018-ci il  il tarixində 243 №-li tam orta məktəbin akt zalında 243 və 186 №-li tam orta məktəblərin 11-ci sinif şagirdləri üçün təşkil edildi. Açıq dərsdə 186 №-li tam orta  məktəbin direktoru Şakir Mikayılov , Hərbi Rəhbər Oktay İsmayılov, müəllimlər , Yaqub Hüseynov, İnna Cəbrayılova, Gülşən Cəbrayılova  və 11-ci  sinif şagirdləri də iştirak etdilər.  “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur”, “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında məruzə edən tarix müəllimi Yaqub Hüseynov Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin irsi ilə bağlı şagirdləri ətraflı məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi