"Mütaliə bizi məqsədə aparan vasitədir"

    Aprelin 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə başlanılıb.

 “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, onların mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğidir.

 “Oxu həftəsi” çərçivəsində məktəbimizdə də müxtəlif adda tədbirlər həyata keçirilir.18  aprel 2018-ci il tarixində məktəbin kitabxanasında Azərbaycan dili və ədəbiyyatı müəllimləri Həcər Ramazanova , Zeynəb Hüseynova və kitabxana müdiri Zəminə Quliyevanın təşkilatçılığı , VII-VIII  sinif şagirdlərinin iştirakı ilə Cəlil Məmmədquluzadənin "Poçt qutusu"və Çingiz Aytmatovun "Manqurt " hekayələri müzakirə edilmiş,  19 aprel 2018-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərovanın təşkilatçılığı, V sinif şagirdlərinin iştirakı ilə  "Əli, Güllü və Durna quşu" nağılı səhnələşdirlmişdir.Məktəbdə "Oxu həftəsi" ilə bağlı tədbirlər davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi