“Ən yaxşı şeir ifaçısı”

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən “Ən yaxşı şeir ifaçısı” adlı bədii qiraət müsabiqəsinin ikinci mərhələsinə start verilib. 
“Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” devizi altında təşkil olunmuş müsabiqənin II mərhələsində hər yaş qrupu üzrə (10–14 və 15-18) məktəbdaxili yarışmada I yerə layiq görqülmüş qaliblər iştirak etmək hüququ qazanıb.
       Pirallahı rayonu üzrə müsabiqənin II mərhələsi 18.04.2018-ci il tarixində 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Pirallahı filialında keçirilib. 

     II mərhələdə Pirallahı rayonu ərazisində yerləşən 168, 186, 231, 235, 243 saylı tam orta məktəblərin I mərhələdə qalib gəlmiş şagirdləri iştirak ediblər. Müsabiqədə 186 saylı tam orta məktəb üzrə məktəbin 4 b sinif şagirdi Fidan Hüseynli və VIII b sinif şagirdi Selcan Abbaslı  iştirak edib.Hər iki şagirdimiz öz yaş qrupları üzrə II yerə layiq görülərək müsabiqənin III mərhələsində iştirak etmək hüququ qazanıblar.Şagirdlərimizi, onların valideynlərini və fənn müəllimləri-IV b sinfinin ibtidai sinif müəllimi Gülbəniz Quliyevanı , VIII b sinfinin sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehriban Dünyamalıyevanı təbrik edir, şagirdlərimizə müsabiqənin III mərhələsində uğurlar  arzulayırıq.Şagirdlərlə bərabər olduğu üçün məktəbin Uşaq Birliyi Rəhbəri Aynur Rzayevaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi