Üzeyir Hacıbəyovun 130 illik yubileyi münasibətilə şagirdlərin ifasında “Arşın mal alan” operası nümayiş etdirildi.

29 dekabr 2015-ci il tarixdə 186 №-li tam orta məktəbin akt zalında Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun 130 illik yubileyi və “ Arşın mal alan” operasının 100 illiyi münasibətilə tədbir keçirilmiş, şagirdlərin ifasında “ Arşın mal alan” operası nümayiş etdirilmişdir. Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən hesab edilir. Üzeyir Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. "Arşın mal alan" musiqili komediyasında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında,1913 -cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaratmışdır. Üzeyir Hacıbəyovun yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır. "Arşın mal alan" beş dəfə ekranlaşdırılmış, dəfələrlə qrammafon valına yazılmışdır."Arşın mal alan" musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilmişdi. Bu, səssiz film olub.Təcrübəli pedaqoq, məktəbin rus bölməsinin rus dili və ədaəbiyyatı müəllimi Çerenkova Anna Pavlovanın rəhbərliyi ilə məktəblilər “ Arşın mal alan” operasını səhnələşdirərək, bir daha Azərbaycan musiqisinə və Azərbaycan adət-ənənələrinə olan hörmət və sevgilərini nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi