“Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsi”

    03  aprel 2018-ci il  il tarixində 11 il təhsil aldığı 186 №-li tam orta məktəbdə Sarvan Natiq oğlu Mehralıyevin və cəbhədə qəhrəmancasına şəhid olmuş şəhidlərimizin əziz xatirələrini anmaq məqsədilə tədbir  keçirilib. Anim mərasimində Pirallahı Rayon İcra Hakimiyyətinin,  Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagird heyətinin üzvləri iştirak ediblər.

   Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi  ilə açıq elan edilib.Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, məktəbin şəhid məzunlarının xatirsənə ucaldılmış xatirə abidəsinin önünə qərənfillər qoyulub.

     Tədbirdə çıxış edənlər Sarvanın keçdiyi qısa, lakin dərin mənalı, bir çox nəsillərə örnək ola biləcək həyat yolundan geniş söhbət açmışdılar, Allah, vətən və millət yolunda canından keçən şəhidlərin ən yüksək məqama, şərəfli bir zirvəyə yüksəldiklərini vurğulamışdılar.

     Qəhrəman əsgərlərimiz hər zaman gənclər üçün örnək olub.Gənclərimiz isə qəhrəman əsgərlərin getdiyi yolu təkrar etmək və bəlkə də daha böyük hünər göstərmək arzusu ilə yaşayıblar.Xüsusən, “Aprel şəhidləri” gənclər üçün əsil qəhrəmanlıq məktəbinə çevrildi.2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmənlə təmas xəttində baş verən “dördgünlük müharibə” göstərdi ki, Azərbaycan Ordusu qüdrətli və yenilməzdir.

        Ordumuzun gücünü aprel döyüşlərində görən düşmən daim səksəkə içindədir. Çünki istər insan resursları, istərsə də bütün digər parametrlər üzrə onlar öz zəifliklərini dərk edir və görürlər ki, Azərbaycan Ordusu onlardan qat-qat güclüdür. Ordumuz torpaqlarımızı azad etməyə və düşmənə sarsıdıcı zərbə endirməyə daim hazırdır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyü mütləq bərpa olunacaqdır.

       Sonda məktəblilər Azərbaycana, Qarabağa, əziz şəhidlərimizə həsr edilmiş mübarizə əzmli şeirlər söylədilər, Pirallahı rayon ümumtəhsil məktəblərinin məktəbliləri arasında Sarvan Mehralıyevin əziz xatirəsinə həsr edilmiş “mini futbol” turnirinə start verildi.

        Turnirə 05 aprel 2018-ci il tarixdə yekun vurulacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi