Pirallahı rayon məktbləri arasında keçirilən rəsm müsabiqəsində I yer qazandıq.

25 dekabr 2015-ci il tarixdə Bakı şəhəri, Pirallahı rayonu, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında Bakı Şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Pirallahı rayon ümumtəhsil məktəbləri arasında şagirdlərin maarifləndirməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə “Narkomaniyaya "yox" deyək!” mövzusunda rəsm müsabiqəsi keçirildi.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və digər fəxri qonaqlar sərgi ilə yaxından tanış oldular və bütün sərgi iştirakçılarına yeni-yeni uğurlar arzuladılar.Bakı Şəhər Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, mütəmadi olaraq rayonumuzda gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları məlumatlandırmaq məqsədilə müxtəlif tədbirlər və seminarlar keçirlir, lakin bugünkü tədbirin əhəmiyyəti digərlərindən fərqlənir.Çünki bu gün uşaqlar əsrin bəlası olan narkomaniyaya münasibətlərini, öz fikirlərini əyani olaraq nümayiş etdirirlər.Bu da təqdirə layiqdir. O, bildirdi ki, Azərbaycanda bu problemin həlli istiqamətində ardıcıl və genişmiqyaslı işlər həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyev narkomaniyaya qarşı mübarizə işini dövlət səviyyəsinə qaldıraraq, 1996 – cı ildə Dövlət Komissiyası yaratmışdır. Bu gün Ulu öndər Heydər Əliyev kursunu onun layiqli davamçısı cənab Prezident İlham Əliyev uğurla davam etdirir.Cənab Prezident narkomaniya ilə mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə sayca dördüncü olan müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013 – 2018 – ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.Narkomaniya xəstəliyinin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, səmərəli aparılması çox vacibdir.Çıxışının sonunda Vəzir Səfixanov müsabiqənin keçirilməsində zəhməti keçən hər bir kəsə və məktəblilərə minnətdarlığını bildirərək, uşaqlara narkomaniyaya olan münasibətlərini öz rəsmlərində nümayiş etdirdikləri kimi, öz həmyaşıdlarını da bu mövzuda maarifləndirməyi tövsiyə etdi.Münsiflər heyəti adından rəssam Ramazan Məmmədov cıxış edərək, bu mövzuda müsabiqə təşkil etdikləri üçün Pirallahı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirdi.O, məktəbliləri təbrik edərək qeyd etdi ki, bu gün bu müsabiqədə iştirak edən hər bir məktəbli qalib hesab olunur, çünki onların hər birinin rəsmi gözəldir.Lakin bütün müsabiqə və yarışlarda olduğu kimi bugünkü müsabiqədə də yaxşıların yaxşısı qiymətləndirilir və o, münsiflər heyətinin birgə qərarını açıqlayaraq qalib məktəblərin adlarını söylədi. Belə ki, münsiflər heyətinin birgə qərarına əsasən I yerə 186 №-li tam orta məktəbin, II yerə 231 №-li tam orta məktəbin, III yerə 168 №-li tam orta məktəbin şagirdləri layiq görüldülər.Sonda qalib məktəblilər Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldılar .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi