1918-ci azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar olaraq tədbir keçirilib

         31 mart 2018-ci il tarixdə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 1918-ci azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar olaraq tədbir keçirilib.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları,   Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təmsilçiləri, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti iştirak ediblər.

            Tədbir iştirakçıları əvvəlcə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət sərgi ilə tanış oldular.
         Tədbir zamanı xalqımıza qarşı törədilmiş soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

         Mərasimdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyası ilə bir neçə əsr ərzində xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror və soyqırımı aktlarından danışdı. 

         Azərbaycan Respublikasının Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, məktəbimizin  tarix müəllimi Yaqub Hüseynov çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən bəhs etdilər, bu məsələdə dövlətin davamlı dəstəyindən danışıldı.
         Anım mərasiminə  mövzu ilə bağlı şeir parçaları və  “Soyqırım: Bakı” filminə baxışla yekun vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi