31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

    Cənab  Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin keçirilməsi  haqqında Sərəncam imzalayıb. Tarixçi alimlər, siyasi ekspertlər bu Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirirlər.

    31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycanın hər bir guşəsində olduğu kimi, 186 nömrəli tam orta məktəbdə də müxtəlif mövzuda tədbirlər, xüsusi dərslər keçirilmişdir.Keçirilən xüsusi dərslərdə soyqırım qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilmiş, şagirdlərlə sual-cavab aparılmış, onları maraqlandıran suallar müəllimlər tərəfindən cavablandırılmış, 31 Mart Soyqırımı faciələrini özündə əks etdirən sənədli film və videoçarxlar nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi