Oxu bacarıqları yaxşılaşıb

     “Mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb.Bu siyahıda məktəbimizin ibtidai sinif müəllimi, təcrübəli müəllim Həqiqət Nuriyeva və onun 2016-cı ildəki ibtidai təhsil üzrə buraxılış sinif şagirdlərinin adı da vardır.
    60 iştirakçı ölkədən 340 min şagird, 330 min valideyn , 16 min müəllim , 12 min məktəb , 12 mətn və təxminən 180 sual.Bu rəqəmlər Azərbaycanında qatıldığı PIRLS-2016 –Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın əhatə dairəsini göstərir.Məlumat üçün qeyd edək ki, ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı olan PIRLS 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir.Azərbaycan bu proqrama 2011-ci ildən qoşulub və bu, ölkəmizin ikinci iştirakıdır. IV sinif şagirdləri arasında keçirilən PIRLS (Progress in International Reading Literacy Study)-oxunun və qavramanın keyfiyyətini tədqiq edən beynəlxalq qiymətləndirmə proqramıdır. 
    "PIRLS 2016" - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimat keçirilib.Təhsil naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov beynəlxalq qiymətləndirmələrdə iştirakın davamlı olmasının vacibliyini vurğulayaraq bu tədqiqatın əhəmiyyətini sadəcə Azərbaycan təhsilinin güclü və zəif cəhətlərini müəyyənləşdirmək baxımından deyil, həm də 2008-ci ildən tətbiq edilən yeni təhsil proqramını ondan əvvəlki təhsil proqramı ilə müqayisə etmək imkanı verməsi baxımından da qiymətləndirib: 
    Çox sevindirici haldır ki, ibtidai sinif müəllimi Həqiqət Nuriyevanın rəhbərliyi və gərgin əməyi sayəsində proqramda iştirak edən şagirdlərimiz yüksək nəticə əldə etmişlər.Həqiqət Nuriyeva o vaxt öz şagirdlərinə söz vermişdir ki, PIRLS balı açıqlanandan sonra nəticələriniz yaxşı olarsa, sizə hədiyyə alacağam.Bəli, şagirdlərin nəticələri yaxşı oldu və Həqiqət Nuriyeva da öz şagirdlərinə verdiyi sözü yerinə yetirdi.
    “Novruz bayramı” münasibətilə 19 mart 2018-ci il tarixdə 6 a sinfində sinif rəhbəri Məquzər Quliyevanın təşkilatçılığı ilə bayram tədbiri keçirildi.Tədbirdə məktəb rəhbərliyi, 6 a sinfinin ibtidai sinif müəllimi Həqiqət Nuriyeva , müəllimlər və valideynlər iştirak etdilər.Tədbirdə çıxış edənlər Həqiqət Nuriyevanı , valideynləri və şagirdləri qazandıqları uğurlu nəticəyə görə təbrik etdilər, gələcək həyatlarında uğurlar arzuladılar. 
    Sonda uşaqların sevimli müəlliməsi Həqiqət Nuriyeva uşaqları təbrik etdi və onlara öz hədiyyəsini təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi