Pirallahıda Novruz bayramı milli ruhda qeyd edildi

      17 mart 2018-ci il tarixdə Pirallahı qəsəbəsində yerləşən Vaqif  Mustafazadə adına Mədəniyyət Mərkəzində bayram tədbiri keçirildi. Mədəniyyət Mərkəzinin mini-parkına daxil olan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu və digər qonaqları milli geyimli oğlan və qızlar bayram xonçası və səməni ilə qarşıladılar. Bahar qız, Kosa və Keçəl bayram tədbirinə xüsusi rəng verdilər. Qonaqları alqışlayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim etdi və Rayon İcra Hakimiyyətinin Başçısı bayram tonqalını alovlandırdı.

       Sonra Vaqif  Mustafazadə adına Mədəniyyət Mərkəzinin foyesində Pirallahı rayonunun orta məktəbləri, uşaq bağçaları və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgilər nümayiş olunmuşdur. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı.

      Pirallahı sakinlərinin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin, o cümlədən tanınmış ifaçıların ifasında konsert proqramı ilə axşamdan xeyli keçənədək davam etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi