3 a sinfinin "Folklorumuz" adlı sinifdənxaric tədbiri

Məktəbimizdə şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.Belə tədbirlər şagirdlərin marağına səbəb olmaqla yanaşı onların mütaliəyə istiqamətləndirilməsi yolunda mühüm rol oynayır.24 dekabr 2015-ci il tarixdə 3 a sinfinin şifahi xalq ədəbiyyatından nümunələrə həsr etdikləri " Folklorumuz" adlı tədbiri maraqla qarşılanmışdır.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər , valideynlər və ibtidai sinif şagirdləri iştirak etdi.3 a sinif şagirdləri şifahi xalq ədəbiyyatının növ və janrlarına aid bir-birindən maraqlı səhnəciklər , rəqslər nümayiş etdirdilər, mahnı və şeirlər söylədilər.Valideynlərin köməkliyi ilə tədbirin keçirildiyi məktəbin akt zalı qədim əşyalarla bəzədilmiş , şagirdlər milli geyimlər geyinmişdirlər.Bütün bu qədimiliklə yanaşı tədbirdə müasir texnologiyadan da istifadə edildi.Məktəb rəhbərliyi adından şagirdlərdə milli-mənəvi dəyərlərimizə sevgi aşıladıqları və mütaliə vərdişini formalaşdırdıqları üçün 3 a sinifinin sinif müəllimi Pərzad Qəhrəmanovaya və tədbirdə zəhməti keçən hər bir valideynə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi