"Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib

22 fevral 2018- ci il tarixində  "Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbir Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi , “Ümidli gələcək” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilir. Tədbirdə məktəbin 6-cı sinifləri üzrə 24 nəfər qız, psixoloq Şəfa Bilandarlı, tibb bacısı Marina Lipina və 3 nəfər valideyn iştirak edib.Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir.Sonda şagirdləri və valideynləri maraqlandıran sualları “Ümidli gələcək” Gənclər Təşkilatının əməkdaşı Məhburə Əliyeva cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi