“ Ana dilimizi sevək, qoruyaq!”

 Məktəbdə  21 Fevral Beynəlxalq Ana dili Günü münasibətilə məktəbin ana dili və ədəbiyyatı metodbirləşməsinin sədri Mehriban Dünyamalıyevanın təşkilatçılığı ilə “ Ana dilimizi sevək, qoruyaq!” mövzusunda möhtəşəm tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.Tədbir zamanı şagirdlər ana dilimizə həsr edilmiş bir-birindən maraqlı şeirlər , aforizmlər, atalar sözləri , mahnılar söyləmiş, rəqslər və səhnəciklər nümayiş etdirmişlər.Bütün bunlarla yanaşı şagirdlər Azərbaycan ədəbi dilinin qrammatikasını özündə əks etdirən qrammatik tapşırıqlar söyləmiş , onlara verilən qrammatik tapmacaları cavablandırmış və düzgün cavablara görə mükafatlandırılmışlar.Tədbirin sonunda çıxış edən məktəb rəhbərliyi, müəllimlər və valideynlər bugünkü tədbirdən həqiqi mənada zövq aldıqlarını bildirmiş, şagirdlərin doğma vətənimizə , doğma ana dilimizə olan sevgilərini öz çıxışlarında çox gözəl qeyd etdiklərini söyləmiş, tədbirdə zəhməti keçən hər kəsə , xüsusəndə, şagirdlərə öz təşəkkürlərini bildirmiş , onlara dərslərində və sinifdənxaric tədbirlərdə həmişə belə fəal olmağı tövsiyə etmiş, uğurlar arzulamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi