“ Ana dilim, doğma dilim!”

      Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən 21 Fevral Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.  Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır.

     Məktəbimizdə 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbin ibtidai sinif müəllimi Nəzirə Çeşmazərin təşkilatçılığı , III sinif şagirdlərinin iştirakı ilə “ Ana dilim, doğma dilim!” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak ediblər.Tədbir zamanı şagirdlər ana dilimizə həsr edilmiş bir-birindən maraqlı şeirlər , aforizmlər, atalar sözləri , mahnılar söyləmiş, rəqslər və səhnəciklər nümayiş etdirmişlər.Tədbirdə şagirdlərin ifasında nümayiş etdirilən səhnəciklər  tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Tədbirin sonunda çıxış edən məktəb rəhbərliyi, müəllimlər və valideynlər bugünkü tədbirdən  zövq aldıqlarını bildirmiş, şagirdlərin doğma vətənimizə , doğma ana dilimizə olan sevgilərini öz çıxışlarında çox gözəl qeyd etdiklərini söyləmiş, ibtidai sinif müəllimi Nəzirə Çeşmazərə   və  şagirdlərə öz təşəkkürlərini bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi