"Unutmayaq - Unutdurmayaq!"

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ötən əsrin əvvəllərindən başlayıb və bu iddialar soyqırımlarla müşayiət olunub. İstər 1905-1907-ci illərdə, istərsə də 1918-1920-ci illərdə Azərbaycanın əksər bölgələrində - Bakı, Quba, Şamaxı, Lənkəran, İrəvan, Naxçıvan, Cənubi Azərbaycan və digər yerlərdə törədilən soyqırımı aktları buna sübutdur. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri əvvəlki vandalizm aktlarını davam etdirərək keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı törədiblər.Bizim hər birimizin də vətəndaşlıq borcu zaman-zaman ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri şagirdlərin diqqətinə çatdırmaqdır.Bu gün məktəblərin müasir texnologiyalarla təmin edilməsi erməni vəhşiliklərini əyani olaraq nümayiş etdirməyə şərait yaradır. Xocalı faciəsinin 26-cı  ildönümünün qeyd edilməsi ilə bağlı məktəbdə keçirilən tədbirlərdə şagirdlərə İKT-nin imkanlarından istifadə edərək erməni qəddarlıqları əyani olaraq nümayiş etdirilir.Növbəti dəfə rus bölməsinin rus dili və ədəbiyyatı  müəllimi İnna Cəbrailovanın və tarix müəlimi Anjelika Surxayevanın  təşkilatçılığı ilə rus bölməsinin yuxarı  sinif şagirdlərinə "Xocalı soyqırımı"  haqqında məlumatlar verilmiş, sual-cavab aparılmış,  Birləşmiş Ukrayna Azərbaycanlıların Konqresinin  Lvov vilayətindəki sədri Teymur Məmmədovun  təşəbbüsü ilə "Xocaliya ədalət" kompaniyası çərçivəsində hazırlanmış sənədli film nümayiş etdirilib.Sonda “Xocalı soyqırımı” qurbanlarının və bütövlükdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi