"Unutmayaq, unutdurmayaq!"

Məktəbdə mütəmadi olaraq vətənpərvərlik mövzularında tədbirlər keçirilir, "Qan yaddaşımız" adlı yazılı sorğular aparılır.Bu gün isə siniflərdə məktəb rəhbərliyi  tərəfindən şagirdlərimizin qan yaddaşımızı  nə dərəcə də bilmələrini öyrənmək  məqsədilə şifahi sorğu aparıldı.Siniflərdəki reyd zamanı ibtidai sinif müəllimi Pərvanə Nağızadənin təşəbbüsü çox maraqla qarşılandı. Biz bilirik ki, məktəbli kitabçalarında "Unutmayaq!" adlı səhifə var, lakin onu da yaxşı bilirik ki, uşaqların çoxusu o səhifəni heç açıb baxmırlar da.Ona görə də Pərvanə Nağızadənin bütün şagirdlərin hər gün qan yaddaşımızı xatırlamaları, unutmamaları məqsədilə şagirdlərin partalarının üstünə "Unutmayaq" başlığı altında düşmən tapdağında olan işğal olmuş torpaqlarımız haqqında məlumatı qoyması çox təqdirəlayiqdir.Məktəb rəhbərliyi Pərvanə Nağzadəyə və digər müəllimlərə həmişə  şagirdlərdə vətənə məhəbbət , düşmənə nifrət hissi aşıladıqları üçün təşəkkür edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi