Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun anım günü ilə bağlı tədbir keçirildi.

15 dekabr 2015-ci il tarixdə 186 №-li tam orta məktəbin akt zalında ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun oğlu, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun anım günü ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, Qarabağ müharibəsi veteranı Mübariz Xudaverdiyev , müəllimlər və şagirdlər iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin ifası ilə başladı.Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda edərək ən müqəddəs zirvəyə-şəhidlik zirvəsinə ucalan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən 1990-cı ilin 15 dekabrında baş vermiş hadisənin canlı şahidi, məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova Milli Qəhrəman Mikayıl Cəbrayılovun həyat və döyüş yolundan danışaraq Mikayıl Cəbrayılovun 1990-cı ilin dekabr ayında milis yoldaşları ilə birlikdə Qarabağa ezam olunduğunu və həmin vaxtlarda onun Qarabağdakı həmvətənlilərimizə köməklik göstərməyi ilə bərabər həm də, məktəblilərlə keçirdiyi görüşlər zamanı onlarda doğma vətənə, ana yurda məhəbbət hissi aşıladığını bildirdi.Həcər Ramazanova 15 dekabr 1990 –cı ildə mənfur qonşularımız tərəfindən xaincəsinə törədilən hadisə və hadisə qurbanları haqqında ətraflı olaraq tədbir iştirakçılarını məlumatlandırdı.Tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranı Mübariz Xudaverdiyev öz döyüş yolundan danışaraq düşmənə nifrət hissimizin daim güclü olmasını şagirdlərə tövsiyə etdi. Sonda məktəblilər Vətənə, şəhidlərə həsr edilmiş şeirlər söylədilər, vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi