Rus dili və ədəbiyyatı fənni üzrə X Respublika olimpiadasının növbəti mərhələsi keçirilib

     Təhsil Nazirliyi və Rusiya səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən Rus dili və ədəbiyyatı fənni üzrə X Respublika olimpiadasının növbəti mərhələsi keçirilib. Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə RİH əməkdaşları, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak ediblər.
    Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Vüsal Babayev bu gün ölkə başçısı İlham Əliyevin Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini, Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini önə çəkib, rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində hər cür şərait yaradıldığını vurğulayıb.

     Qeyd edək ki, 7-8-ci siniflər arasında keçirilən Olimpiadada Xəzər və Pirallahı rayonunun məktəbliləri iştirak ediblər.Şagirdlərimiz VIII sinif şagirdləri Əli Nihat və Şahin Məhərrəmov, VII sinif şagirdləri Əhmədov Cavad və Əzizov Ayxan fəal iştiraklarına görə sertifikatla təltif ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi