"Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi

      2 fevral 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə V.Mustafazadə adına Mədəniyyət Mərkəzində "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Tədbirdə  RİH-nin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri,  rayonun fəal gəncləri iştirak etdilər.
     Tədbirdə çıxış edən Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin  müavini Vüsal Babayev  iştirakçıları salamlayaraq gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi. O qeyd etdi ki, 1996-cı il 2 fevral tarixində məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan gənclərinin 1-ci forumu keçirilmişdir. 1997-ci ildən başlayaraq  Ümummilli Liderimizin sərəncamı ilə 2 fevral tarixi respublikamızda  “Gənclər Günü” kimi qeyd olunur. O, həmçinin vurğuladı ki, bu Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləyib, onları Azərbaycanın gələcəyi adlandırıb və dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.  Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.

      Sonda tədbir rəngarəng musiqi və rəqs kompozisiyaları ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi