Şagirdlərimizin futbolda növbəti uğuru

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.Pirallahı rayonunda da mütəmadi olaraq müxtəlif idman növləri üzrə yeniyetmələr və gənclər arasında yarışlar, rayon birincilikləri, turnirlər təşkil olunur. 24  yanvar  2018-ci il tarixində Pirallahı məktəbliləri arasında futbol üzrə rayon birinciliyinin final mərhələsi keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, AFFA və Coca-Cola Şirkətinin  birgə təşkilatçılığı ilə keçirilən turnirdə finala çıxan 168  və 186 nömrəli tam orta məktəblərinin futbol komandaları öz qüvvələrini sınadılar. Məktəbin həyətində qurulmuş süni örtüklü idman meydançasında keçirilən final görüşünün nəticəsinə görə məktəbimizin komandası birinci yeri qazandı.

     Qalib komandaya AFFA tərəfindən hədiyyələr təqdim olundu.Biz də məktəbin fiziki tərbiyə müəllimləri Mübariz Xudaverdiyevi, Nailə Mustafayevanı və futbol komandasının hər bir üzvünü təbrik edir, uğurlarının davamını arzulayırıq.

      Qeyd edək ki, Azərbaycanda futbol sahəsində həyata keçirilən dövlət siyasəti və futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola olan marağını artırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi