Böyük Summativ Qiymətləndirmənin keçirilməsinə başlanılıb
2017-2018-ci tədris ilinin I yarımilinin yekunu olaraq I-X siniflərdə təhsil alan şagirdlərin biliyinin qiymətləndirilməsi məqsədilə məktəbdə 19 yanvar 2018-ci il tarixdən böyük summativ qiymətləndirmələrin keçirilməsinə başlanılıb.Böyük summativ qiymətləndirmələrin yazılması məqsədilə komissiya yaradılmış, fənlər üzrə qiymətləndirmə vəsaitləri hazırlanmış, fənni tədris edən müəllimlərin və komissiya üzvlərinin iştirakı ilə qiymətləndirmələrin aparılması davam etdirilir.