“Xalqımızın qəhrəmanlıq salnaməsi”

      O qanlı hadisələrdən illər keçməsinə baxmayaraq xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq "20 Yanvar faciəsi" ni respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Məktəbimizdə də Azərbaycanın azadlığı uğrunda canlarını qurban verən, üçrəngli bayrağımızı ucalara qaldıran 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı anım mərasimi keçirilib Anım mərasimində Qarabağ müharibəsi veteranları və əlilləri,  məktəb rəhbərliyi , müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər.Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə açıq elan edilmiş, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Sonra Ümummilli lider Heydər Əliyevin "20 Yanvar faciəsi" haqqında söylədiyi fikirlər səsləndirilmiş, "20 Yanvar faciəsi" ni əks etdirən videoçarx nümayiş etdirilmişdir. Sonda şagirdlər Qanlı Yanvar hadisələrinə, vətənpərvərlik mövzularına  həsr edilmiş şeirlər , mahnılar söyləmiş , ədəbi-bədii kompazisiyalar nümayiş etdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi