"Xarici dillər aylığı" na yekun vuruldu

2017-2018-ci tədris ilinin "Təhsildə Keyfiyyət İli" elan edilməsi ilə əlaqədar olaraq məktəbin Tədbirlər planına əsasən dekabr ayı məktəbdə "Xarici dillər aylığı" keçirilib.Aylıq çərçivəsində divar qəzetləri hazırlanmış, nümunəvi dərslər, tədbirlər, bilik yarışları keçirilmişdir.28 dekabr 2017-ci il tarixdə aylığın yekunu olaraq metodbirləşmə sədri, ingilis dili müəlimi Məquzər Quliyevanın təşkilatçılığı ilə "Dəyirmi masa" və şeir müsabiqəsi keçirilib."Dəyirmi masa" da ingilis dili müəllimləri Məquzər Quliyeva və Səadət Abbaszadənin məruzələri dinlənilib, müzakirələr aparılıb, ingilis dilinin yaranma tarixi ilə bağlı slaydın təqdimatı olub.Şeir müsabiqəsində 2-8-ci siniflər üzrə 26 şagird iştirak edib.Onlar ingilis və rus dillərində şeirlər söyləyiblər.Qiymətləndirmə iki yaş səviyyəsi - 2-5 və 6-8-ci siniflər üzrə aparılıb.Müsabiqənin yekun nəticəsinə görə 3 b sinif şagirdi Xədicə Cəbrayılova I yerə, 5 b sinif şagirdi Umud Rəsul II yerə, 3 b sinif şagirdi Sona Hüseynli III yerə, 8 c sinif şagirdləri Fidan Abbasova I yerə, Janna Əliyeva II yerə,  7 a sinif şagirdi Balakişiyeva İlahə III yerə layiq görülüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi