Şagirdin uğurları

Xüsusi istedad hər bir insana nəsib olmur, lakin xüsusi istedada malik olan şəxslər də var.Belə şəxslərdən biri də məktəbin VIII sinif şagirdi Selcan Abbaslıdır.Selcan həm yaxşı oxuyur,  həm yaxşı rəsm çəkir,  həm yaxşı rəqs eləyir, həm yaxşı şeir söyləyir, həm də sinifdənxaric və məktəbdənkənar tədbirlərdə, müsabiqə və yarışlarda  fəal iştirak edir.O həm də idmanın müxtəlif növləri üzrə məktəb komandalarında iştirak edir, uğurlar qazanır.El dili ilə desək, on barmaqda, on mərifət...Selcan dəfələrlə müxtəlif nominasiyalar üzrə fəxri fərman və diplomlarla təltif edilib.Bu dəfə də Selcan qızımız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə" mövzusunda sərgidə fəal iştirakına görə diplomla təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi