"Ekoerudit" məktəblərin ekoloji breyn-rinq yarışının Respublika turunda II yer qazandıq.

10 dekabr 2015-ci il tarixdə SOKAR- Ekoloji Mərkəzdə "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yertirilməsi və məktəblilərin ekoloji maarifləndirilməsinin genişləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2015-ci ildə " Ekoerudit" məktəblərin ekoloji breyn-rinq bilik yarışının Respublika final turu keçirildi. Azərbaycan Respublikası ümumtəhsil məktəbləri arasında keçirilən “Bilik yarışı”nın yekun nəticəsinə görə Pirallahı rayonunu təmsil edən 186 №-li tam orta məktəbin “Zəfər" komandası II YER qazandı.Məktəb rəhbərliyi adından məktəbin bütün kollektivini , valideynləri, öz bilik və bacarıqları ilə komandaya köməklik göstərən Tünzalə Xudaverdiyevanı, Tutu Əliyevanı və komandanın hər bir üzvünü- XI b sinif şagirdləri -Əsgərov Ceyhunu və Biləndərli Səmayəni , IX a sinif şagirdi Mustafayev Kamranı , IX b sinif şagirdi Musayeva Güneli, VIII a sinif şagirdi Novruzlu Ayseli təbrik edir, uğurlarının davamını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi