II b sinfinin Azərbaycan dili fənnindən açıq dərsi

Məktəbdə ibtidai siniflər üzrə «Fənn aylığı» çərçivəsində açıq dərslər davam edir.Növbəti açıq dərs məktəbin ibtidai sinif müəllimi Gülbəniz Quliyevanın II b sinfində Azərbaycan dili fənni üzrə "Qayğıkeş valideynlər" mövzusunda təqdim etdiyi açıq dərs oldu.Müəllim dərs prosesində Prometan lövhənin imkanlarından geniş istifadə etdi. Açıq dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak etdi.Dərsdə şagirdlər yalnız insanların deyil, heyvanların da öz balalarının qayğısına qaldığını, onları tərbiyə etdiyini öyrəndilər.Dərs şagird və müəllimin əməkdaşlığı şəraitində keçdi. Biz məktəb kollektivi olaraq Gülbəniz müəllimə və onun şagirdlərinin uğurlarının davamlı olmasını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi