31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər.  Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, həmrəyliyin banisi idi. Həmrəylik Gününün qeyd olunması ilə bağlı tarixi qərar da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi.Bütün dünya azərbaycanlıları 31 dekabr gününü bayram edirlər.Hər il olduğu kimi bu ildə  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə məktəbdə silsilə tədbirlər keçirilir.Növbəti tədbir 26 dekabr 2017-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Gülbəniz Quliyevanın təşkilatçılığı ilə baş tutdu.Tədbirdə şagirdlər bir-birindən rəngarəng, maraqlı çıxışları ilə Azərbaycanımıza, bayrağımıza, Ulu öndərimizə, ölkə başçımıza, qəhrəmanlarımıza, şəhidlərimizə olan sevgi və məhəbbətlərini nümayiş etdirərək həmrəy olduqlarını, Vətənimizin müdafiəsinə həmişə hazır olacaqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi