"Xarici dillər aylığı" çərçivəsində növbəti tədbir

2017-2018-ci tədris ilinin "Ümumtəhsildə Keyfiyyət İli"  elan edilməsi ilə əlaqədar olaraq məktəbimizdə fənn aylıqları keçirilir.Məktəbin Pedaqoji Şurasının qərarına əsasən dekabr ayında "Xarici dillər aylığı" keçirilir.Aylıq çərçivəsində 25 dekabr 2017-ci il tarixdə növbəti tədbir keçirildi. Tədbir məktəbin rus bölməsinin ingilis dili müəllimi, həmişə hazırladığı rəngarəng tədbirlərlə tədbir iştirakçilarında xoş təəssürat yaradan Nailə Çumarinanın təşkilatçılığı, rus bölməsinin 5-11-ci sinif şagirdlərinin iştirakı ilə həyata keçdi.Həmişə olduğu kimi budəfəki tədbirdə də şagirdlərin ingilis dilində söylədikləri şeirlər, mahnılar və nümayiş etdirdikləri səhnəciklər  tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi