I sinfdə ingilis dilindən nümunəvi dərs keçirilib

"Xarici dillər" üzrə fənn aylığı çərçivəsində 19 dekabr 2017-ci il tarixdə I sinifdə ingilis dilindən nümunəvi dərs keçirilib. "Colours" mövzusunda keçirilən nümunəvi dərsi gənc müəllim Natəvan Rüstəmova  təqdim etdi. Dərsdə məktəb rəhbərliyi və bir qrup müəllim iştirak etdi.Müəllim fəal dərsin bütün prinsip və tələblərinə əməl edərək şagirdlərin idrak fəallığını artırdı və qarşıya qoyulan məqsədə  nail oldu. Dərsdə təqdirəlayiq faktlardan biri də o idi ki,  Natəvan Rüstəmova və şagirdlər sərbəst şəkildə Promethan lövhədən istifadə etdilər.  1   sinif şagrdləri məktəb həyatına, ingilis dilini öyrənməyə yeni başlamalarına baxmayaraq dərs zamanı çox sərbəst və aktiv idilər.Onlar ingilis dilində verilən sualları ingiliscə cavablandırır, bir-birinə ingilis dilində suallar təqdim edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi