60 yaş nədir hələ

Ulu öndər Heydər Əliyev deyirdi: “Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram” .Bəli, müəllimlik nə qədər çətin, məsuliyyətli bir peşə  olsa da, bir o qədər də yüksək, şərəfli peşədir.Bu peşənin öhdəsindən layiqincə gələn, şagirdlərinin , valideynlərinin, iş yoldaşlarının sevgi və hörmətini qazanan müəllimlərdən biri də məktəbin rus bölməsinin coğrafiya və biologiya müəllimi, təcrübəli müəllim, mehriban insan, qayğıkeş ana Tamara Şəbiyevadır. Bu gün sevimli Tamara Şəbiyevanın 60 yaşı tamam olur.Məktəbin direktoru Şakir Mikayılov Tamara Şəbiyevanı təbrik edərək ona Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin təqdim etdiyi Fəxri Fərmanı təqdim edib.Tamara Şəbiyevanı məktəbin kollektivi adından təbrik edir, can sağlığı, həmişə belə cavan qalmağı, işlərində uğurlar qazanmasını, yeganə qız övladının xoş günlərini görməsini arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi