Brey-Rinq oyunu keçirilib

Hazırda "İngilis dili" dünyada ən geniş yayılmış dillərdən biridir. "İngilis dili" diplomatiya, kommersiya , elmi-texniki və kütləvi informasiya dili kimi tanınmışdır.Zəmanəmizdə dərc olunan ədəbiyyatın və kütləvi məlumatın əksəriyyəti "İngilis dili"ndə dərc olunur.Məktəbimizdə də  hər il  "Xarici dillər " aylığı keçirilir.Aylıq  çərçivəsində dekabr  ayının 14-də  VI  və VII  sinif şagirdlərinin iştirakı ilə  məktəbin ingilis dili müəllimi , həmişə təşkil etdiyi sinifdənxaric tədbirlər və bilik yarışları ilə seçilən Məquzər Quliyevanın təşkilatçılığı ilə  Breyn-rinq oyunu keçirildi.Oyunda 2 komanda "Champions  club"  və "RedRose" komandaları yarışiblar.Yarışmanın məqsədi şagirdləri dilini öyrəndiyimiz ölkənin məşhur şəhərləri , gəzməli yerləri, yazıçıları, adət-ənənələri , bayraqları ilə yaxından tanış etmək, ingilis dilində danışıq qabiliyyətini inkişaf etdirmək idi.Bu yarışmada şagirdlər fəallıq göstərdilər.Onlar verilən suallara düzgün cavablar verirdilər.Sonda komanda üzvləri birlikdə ingilis dilində mahnı oxudular.Yarış zamanı idman, musiqi  dəqiqələri , kapitanların yarışması da  oldu.Yarışmanın ümumi nəticəsinə görə "Champions  club"komandası qalib gəldi.Belə bir möhtəşəm yarış təşkil etdiyi üçün Məquzər Quliyevaya  və bu yarışda layiqincə iştirtak edən hər iki komandanın üzvlərinə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi